Tomsk vilayətində baş verən yanğında ölənlərin 10-u Özbəkistan vətəndaşıdır
Tomsk vilayətində baş verən yanğında ölənlərin 10-u Özbəkistan vətəndaşıdır
21 Yanvar 2020 16:35 DünyaRusiyanın Tomsk vilayətində yanğın nəticəsində ölənlərin 10-u Özbəkistan vətəndaşıdır.
Tomsk vilayətinin Priçulımski qəsəbəsində baş verən yanğın nəticəsində 11 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölənlərin 10-u Özbəkistan vətəndaşıdır. Yanğının istilik qurğusunda qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisə "Qrinvud" ağac emalı şirkətinin ərazisində baş verib. Ərazidəki taxta yataqxanada istehsalatda işləyən fəhlələr yaşayıblar.
XeberOxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31