Səhnəyə çıxmasına 45 dəqiqə qalmış konsertini təxirə saldı

Dünya şöhrətli ifaçı Madonna səhnəyə çıxmasına 45 dəqiqə qalmış Lissabondakı konsertini ləğv edib.

Olaylar.az xəbər verir ki, sənəçtinin 19 yanvar 20.30-da səhnəyə çıxması gözlənilirdi. Lakin 19.45-də bilet alan izləyicilərə mesaj göndərilərək konsertin təxirə salındığı bildirilir.

Madonna İnstaqramda səhnə çıxa bilmədiyi üçünhər kəsdən üzr istəyib:

"Gecəni təxirə saldığım üçün üzr istəyirəm. Amma səhhətimə diqqət yetirməli və istirahət etməliyəm. Ümid edirəm ki, görüşəcəyik".

Qeyd edək ki, 61 yaşlı sənətçi ötən il "Madame X" turnesi çərçivəsində Bostonda 3 konsertini təxiri salmış, səhhətində problem yarandığı üçün bu addımı atdığını söyləmişdi.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31