İranlı deputat Trampı öldürənə 3 milyon verəcək - Şok
İranlı deputat Trampı öldürənə 3 milyon verəcək - Şok
21 Yanvar 2020 16:03 Dünyaİran parlamentinin deputatı Əhməd Həmzə ABŞ Prezidenti Donald Trampı qətlə yetirən şəxsə 3 milyon dollar pul mükafatı vəd edib.
O, pul mükafatını təmsilçisi olduğu Kirman vilayətinin əhalisinin adından verəcəyini söyləyib.
Xatırladaq ki, Kirman yanvarın 3-ü Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində ölən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Qasım Süleymaninin doğulduğu bölgədir.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31