Kadırov atasının kadrlarından ibarət Məşvərət Şurası yaratdı

Kadırov atasının kadrlarından ibarət Məşvərət Şurası yaratdı

Çeçenistan rəhbəri Ramzan Kadırov atası, ölkənin ilk rəhbəri Əhməd Kadırovun komandasından olan veteranlardan ibarət Məşvərət Şurası yaradıb.

Bu barədə respublika rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ramzan Kadırovun rəhbərlik etdiyi qurum daimi fəaliyyət göstərəcək: "Respublikanın başçısı onların zəngin təcrübə və biliklərini ölkənin gələcək inkişafına yönəltməyi qərara aldı. Şuranın vəzifələri respublikanın sosial-iqtisadi və ictimai-siyasi inkişafı, yerli icra orqanlarının səlahiyyətlərinin səmərəli həyata keçirilməsi ilə bağlı təklif və tövsiyələr hazırlamaqdan ibarətdir".

Virtual.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31