Dustaq qeyri-adi üsulla müəssisədən qaçdı

Dustaq qeyri-adi üsulla müəssisədən qaçdı

Rusiyanın Krasnoyarsk diyarında yerləşən 42 saylı islahedici müəssisədə saxlanılan dustaq qaçıb.

Nəzarətin olmamasından istifadə edən dustaq yatağına mulyaj qoyaraq qaçmağı bacarıb.

Lakin adı açıqlanmayan dustaq niyyətini tam həyata keçirə bilməyib. O, müəssisədən qaçsa da elə həmin gün İlanskaya stansiyasında saxlanılıb. Onun barəsində yeni cinayət işi açılıb.

Qeyd edək ki, dustağın hansı cinayətə görə həbs olunduğu haqqında məlumat verilməyib. Onun islah müəssisəsindən nə vaxt qaçdığı da bəlli deyil.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31