Rusiyada yaşayış binasında yanğın - 11 nəfər öldü

RUSİYADA YAŞAYIŞ BİNASINDA YANĞIN 11 NƏFƏR ÖLDÜ

Rusiyanın Tomsk vilayətində yaşayış binasında baş verən güclü yanğın nəticəsində on nəfər ölüb. Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Tomsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Qəza Asinovsk rayonunun Priçulımski kəndində baş verib. Yanğın birmərtəbəli taxta binada qeydə alınıb.

İki nəfər binadan sağ çıxa bilib. Yanğın 208 kvadratmetr sahəni əhatə edib.

Xilasedicilər hazırda tikililəri sökürlər.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31