Deputatların sayı azaldılacaq - Ukraynada
Deputatların sayı azaldılacaq - Ukraynada
21 Yanvar 2020 12:34 DünyaAli Radanın sədri Dmitri Razumkov parlamentin növbəti sessiyasında deputatların sayının azaldılması ilə bağlı konstitusiyaya dəyişikliklərin edilməsinə baxa biləcəyini bildirib.
Olaylar.az xəbər verir ki, parlamentdə hələ ötən ilin avqustun 29-da qeydə alınan qanun layihəsi deputatların sayının 450-dən 300-ə salınmasını nəzərdə tutur. Hazırda qanun layihəsi Radanın profilli komitəsindən keçib.
Qeyd edək ki, Ali Radanın növbəti sessiyası fevralın 4-də olacaq. 450 üzvü olan Ukrayna parlamentinə seçkilər hər beş ildən bir keçirilir.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31