2050-ci ilə qədər 1 milyon insan Marsa gedə biləcək
2050-ci ilə qədər 1 milyon insan Marsa gedə biləcək
21 Yanvar 2020 11:36 DünyaSpaceX və Tesla kimi şirkətləri ilə tanınan İlon Mask, Starship proyekti ilə bağlı iddialı fikirləri təsdiqləyib. Hazırda Maskın ən böyük planı Mars planetinə insanların getməsini təmin etməkdir. Beləliklə, Marsa insan koloniyasının təməlləri atılmış olacaq.
Mask Marsda insan koloniyası qurmaq üçün böyük miqdarda megaton lazım olduğunu bildirib.
Mask Starship gəmilərinin gündə 3 dəfə uçuş etmək bacarığının olduğunu yazıb.
Bundan sonra bir istifadəçi gün ərzində 3 uçuşdan 2050-ci ilə qədər 1 milyon insanın Marsa gedə biləcəyini hesablayıb. Mask da bunu təsdiqləyib.
Mask yeni təqdim olunan Cybertruck pikapının Starship gəmisi ilə Marsa gedə biləcəyinə də işarə edib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31