Özbəkistan hökuməti istefa verib
Özbəkistan hökuməti istefa verib
21 Yanvar 2020 11:16 DünyaÖzbəkistan hökuməti tam tərkibdə istefa verib.
Nazirlər Kabinetinin üzvləri Özbəkistan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq istefa veriblər.
Özbəkistan prezidentinin qərarına əsasən yeni hökumət formalaşdırılana qədər istefa verən hökumətin üzvləri öz səlahiyyətlərini icra edəcəklər.
Yeni baş nazirin namizədliyinə yanvarın 21-i keçiriləcək parlamentin hər iki palatasının birgə iclasında baxılacaq.
olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31