Yeni koronavirus səbəbi ilə təcili iclas çağrıldı
Yeni koronavirus səbəbi ilə təcili iclas çağrıldı
21 Yanvar 2020 11:11 DünyaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus Çində koronavirusun yeni növünün yayılması səbəbi ilə yanvarın 22-si fövqəladə vəziyyət üzrə Komitənin təcili iclasını keçirəcək.
Bu barədə ÜST-nın rəsmi "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "ÜST-nın baş direktoru Tedros Adanom Gebreisus yeni koronavirus 2019-nCoV ilə əlaqədar beynəlxalq səhiyyə standartlarına uyğun olaraq fövqəladə vəziyyət üzrə komissiyanın təcili iclasını çağırır. Komitənin iclası çərşənbə günü, yanvarın 22-si keçiriləcək".
Komitə virusla mübarizə üçün tövsiyələrin hazırlanması üzərində də işləyəcək.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31