Avstraliyada dəvə qətliamına qarşı etiraz başladı
Avstraliyada dəvə qətliamına qarşı etiraz başladı
21 Yanvar 2020 10:30 DünyaAvstraliyada dəvələrin və vəhşi atların kütləvi şəkildə öldürülməsinə qarşı etiraz aksiyası başlayıb.
Olaylar.az xəbər verir ki,bu məqsədlə imza kampaniyasına start verilib. Qısa zaman ərzində 130 min nəfərin imzası toplanılıb. 150 min imza toplandıqdan sonra məsələ ilə bağlı tərəflər hökumətə etiraz məktubu ünvanlayacaq.
Qeyd edək ki, hökumət su qaynaqlarının çatışmazlığını əsas gətirərək, dəvə və atların öldürülməsinə qərar verib. İndiyə qədər 5 min dəvə öldürülüb. Daha 5 min heyvanın öldürülməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31