Trampın məhkəməsi başlayır
Trampın məhkəməsi başlayır
21 Yanvar 2020 10:16 DünyaABŞ Prezidenti Donald Trampın vəkilləri onun müdafiəsi üçün 110 səhifəlik sənəd hazırlayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Vəkillər ABŞ Nümayəndələr Palatasının Trampa qarşı irəli sürdükləri "vəzifədən sui-istifadə etmək" və başqa ittihamların qanuna zidd olduğunu bildiriblər.
Məlumata görə, onlar D.Trampın dərhal bəraət almasını tələb edəcəklər.
Qeyd edək ki, D.Trampla bağlı ilk məhkəmənin bu gün keçiriləcəyi bildirilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31