İŞİD-in yeni lideri seçildi: ABŞ başına 5 milyon qoydu
İŞİD-in yeni lideri seçildi: ABŞ başına 5 milyon qoydu
21 Yanvar 2020 10:15 DünyaİŞİD terror təşkilatının yeni lideri onun ideoloqlarından biri olan Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maul seçilib.
Bu məlumatı "Qardian" yayıb. Qəzet Əmir Əbdül Rəhmanın İŞİD-in keçmiş lideri Əbubəkr Bağdadinin yaxınlarından biri olduğunu yazıb. Onun əslən İraqdan olduğu vurğulanıb.
ABŞ bu şəxsin yaxalanmasıyla bağlı verilən informasiyaya görə 5 milyon dollar mükafat təyin edib.
"Qardian" Bağdadi ilə Rəhmanın 2004-cü ildə ABŞ-ın İraqdakı Kemp-Bukka həbs düşərgəsində tanış olduğunu bildirib. Əmir Əbdül Rəhmanın qruplaşmanın təsisçilərindən biri olduğu və onun ideologiyasının yaranmasında yaxından iştirak etdiyi vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31