Güclü qar Tehran aeroportunun işini iflic etdi
19 Yanvar 2020 14:47 Dünyaİranın Tehran şəhərində yerləşən "Mehrabad" aeroportundan həyata keçirilən bütün aviareyslər təxirə salınıb.
Qafqazinfo xəbər verir ki, bu barədə "TASS" hava limanının mətbuat xidmətinə istinadən xəbər verib.
Buna səbəb şəhərdə hökm sürən qarlı hava şəraiti olub.
Bundan əlavə, hava şəraiti avtomobil yollarında da situasiyanın pisləşməsinə gətirib çıxarıb. Paytaxt rəhbərliyi məktəblərdə dərsləri dayandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31