Sərnişin qatarla platformanın arasında qaldı: iki ayağı da amputasiya edildi - VİDEO

Sərnişin qatarla platformanın arasında qaldı: iki ayağı da amputasiya edildi - VİDEO

Rusiyanın Amur əyalətində sərnişin qatarla platformanın arasında qalaraq ciddi xəsarətlər alıb.

Olaylar.az avtosfer.az-a istinadən xəbər verir ki, insident yanvarın 16-da axşam saatlarında Şimanovsky dəmir yolu stansiyasında qeydə alınıb. Bu barədə "АСН24" portalı məlumat verib.

Məlumata görə, 35 yaşlı şəxs stansiyada irəliləyərkən çantası Blaqoveşensk - Tında marşrutu ilə hərəkət edən qatarının vaqonlarından birinə ilişib. Yerə yıxılaraq sürüklənən şəxs qatarla platformanın arasında qalıb.

Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun iki ayağı da baldır nahiyəsindən aşağı amputasiya edilib.

Faktla bağlı təhqiqatlara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31