Yeni quş qripi yayılır – Avropa və Rusiya təşvişdə
Yeni quş qripi yayılır – Avropa və Rusiya təşvişdə
17 Yanvar 2020 18:25 DünyaAvropadan Rusiya sərhədlərinə quş qrupi virusu yaxınlaşır.
H5N8 ştamlı virus Avropada çox sürətlə yayılır və köçəri quşlarla Rusiya sərhədini keçəcək.
Bu qrip ocaqları 2019-cu ilin yazından aşkarlanıb. ABŞ Səhiyyə idarəsi virusun yayılmasını quşların Afrikadan miqrasiyası ilə əlaqələndirir.
Rusiya isə quşlardan virusun donuzlara, onlardan da insanlara keçəcəyindən ehtiyat edir.
Hazırda hələ ki, quş qripinin A H5N8 ştamının insana yoluxması faktı qeydə alınmadığı üçün, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya riskini aşağı dəyərləndirilib.
ÜST maarifləndirmə məqsədilə onu bildirib ki, patogen çox tez mutasiya olunur və insanları yoluxdura bilər.
Çıxış yolu virus olan ölkələrdən quş əti və yumurta gətirilməsini dayandırmaqdır.
Medicina.az