Rusiyada ekstrasens pişik 320 min dollara satılır

Rusiyanın Novosibirsk şəhərində bir kişi həyatındakı problemləri həll etməyə kömək edən, ona tövsiyyələr verən pişiyini satışa çıxarıb.

Rusiyanın Novosibirsk şəhərində bir kişi həyatındakı problemləri həll etməyə kömək edən, ona tövsiyyələr verən pişiyini satışa çıxarıb.

Novosibirskdə yaşayan Georgi adlı kişi iki il əvvəl vəfat etmiş ekstrasensin məzarını ziyarət edərkən orada pişiklə qarşılaşıb. Həmin pişik kişi evinə gələnə kimi onu izləyib. O bunu İlahi bir işarə olaraq görüb və pişiyi evində saxlamaq qərarına gəlib. O gündən sonra həyatında yolunda getməyən bir çox şey qaydasına düşüb və sağlamlığına qovuşub. Lakin indi o həmin ekstrasens pişiyini satmaq qərarına gəlib. Ondan bunun səbəbini soruşduqda isə chr("39")chr("39")Mən qərarsız qaldığım günlərdə yuxu görürəm. Və həmin yuxuda mənə nə etməli olduğum deyilir. Pişiyim yuxuma girib onu baha qiymətə satmağımı və həmin pulu xeyriyyə məqsədi ilə istifadə etməyimi məndən istədichr("39")chr("39")- sözlərini deyib.

Georgi pişiyin qiymətinin diqqət çəkmək üçün o qədər baha olduğunu lakin alıcısı olarsa qiymətdə endirim edəcəyini bildirib.

Rusya'da 'doğaüstü güçleri olan' bir kedi 320 bin dolara satışa çıkarıldı

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31