İtkin düşən 10 yaşlı qız zirzəmidə qəfəsdə tapıldı - Foto
İtkin düşən 10 yaşlı qız zirzəmidə qəfəsdə tapıldı - Foto
17 Yanvar 2020 16:44 DünyaRusiyanın Novosibirsk vilayətində iki gün əvvəl itkin düşən 10 yaşlı Alyona Kastalanova yataqxanaların birinin zirzəmisində tapılıb.
Azyaşlı tapılan zaman onun qəfəsdə saxlanıldığı məlum olub.
Məktəbli qızı kinoloq itinin yardımı ilə aşkar olunub. Bir müddət sonra yataqxanaya qızın atası və təcili yardım briqadası çağrılıb. Qız tapılan zaman huşsuz vəziyyətdə olub. Uşağın qəfəsə necə düşdüyü isə hələ də məlum deyil.
Qeyd edək ki, Alyona yanvarın 15-də itkin düşüb. Uşaq dərsdən gec çıxdığı üçün atası onu qarşılayıb. Sonra onu evə yollayaraq, arvadı ilə birlikdə banka gedib. Evə qayıtdıqda usə qızı tapmayılar.
Hadisə ilə bağlı cinayət işi açılıb.



yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31