Rusiya: Bu halda İranla saziş məhv olacaq

Rusiya: Bu halda İranla saziş məhv olacaq

Əgər İranla nüvə razılaşması mübahisəsinin həlli mexanizmi işə salınsa, müqavilənin xilas şansı olmayacaq.

Bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini səlahiyyətlərini icra edən Sergey Ryabkov deyib.

"Rusiya çalışır ki, iş eskalasiya məntiqi üzrə hərəkət etməsin. Əgər mübahisələrin həlli buraxılsa, bu problemin həllinə yox, onun dərinləşməsinə gətirib çıxaracaq. O zaman nüvə razılaşmasının xilası şansları itəcək", - deyə o bildirib.

Qeyd edək ki, Almaniya, Fransa və Britaniya bundan öncə İran nüvə müqaviləsi çərçivəsində mübahisələrin həlli mexanizmini işə salıb. Buna səbəb Tehranın müqavilə çərçivəsində üzərinə düşən öhdəlikləri icra etməkdən imtina etməsidir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31