Üç türk əsgəri şəhid olub - Bomba quraşdırılmış avtomobil partladılıb

Üç türk əsgəri şəhid olub - Bomba quraşdırılmış avtomobil partladılıb

Suriyanın şimalında Türkiyənin 3 hərbçisi şəhid olub.

Bu haqda məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən verilib. Məlumata görə, Türkiyə hərbçiləri avtomobillərə baxış keçirərkən terror hücumuna məruz qalıb. Belə ki, bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 3 hərbçi şəhid olub. Terror hücumunu PKK/PYD silahlıları həyata keçirib. Türkiyə KİV-in verdiyi məlumata əsasən, əməliyyat "Sülh çeşməsi" antiterror əməliyyatlarının aparıldığı bölgədə baş verib.

atv.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31