Yunanıstanın Baş Naziri ölkə prezidenti vəzifəsinə qadın namizəd irəli sürüb
Yunanıstanın Baş Naziri ölkə prezidenti vəzifəsinə qadın namizəd irəli sürüb
17 Yanvar 2020 14:50 DünyaYunanıstanın Baş Naziri Kiriakos Mitsotakis ali hakim xanım Ekaterini Sakelaropulunun ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Xanım E.Sakelaropulunun namizədliyi parlament tərəfindən təsdiqlənərsə, o, Yunanıstanın ilk qadın prezidenti olacaq.
Qeyd edək ki, Yunanıstan parlament respublikasıdır. Prezident parlament tərəfindən 5 il müddətinə və ən çox iki dəfə seçilə bilər.
XeberOxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31