Okeanda suyun istiləşməsi 1 milyondan çox quşu öldürdü
Okeanda suyun istiləşməsi 1 milyondan çox quşu öldürdü
17 Yanvar 2020 14:21 DünyaVaşinqton Universitetinin alimləri okean suyunun istiləşməsinin bir ildən də az müddətdə 1 milyondan dəniz quşunun ölümünə səbəb olduğunu açıqlayıblar.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2013-cü ildən başlayan istiləşmə 2015-2016-cı illərdə güclənib və Sakit okean suyunun 1600 kilometr məsafədə 3-6 dərəcə yüksəlməsinə səbəb olub.
Nəticədə yüksək təzyiq okean suyunu onun sərinləməsinə kömək edən fırtınalarsız qoyub. Bu da okeanın ekosisteminə ciddi ziyan vurub. Nəticədə bir çox heyvanın qidalandığı yosunların sayı azalıb. Artan zərərli yosunlar isə canlıların ölümünə səbəb olub.
Bu isə quşların kütləvi şəkildə aclığına və məhvinə gətirib çıxarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31