Ərdoğan tələb etdi, Merkel razılaşdı - Afinaya zərbə
Ərdoğan tələb etdi, Merkel razılaşdı - Afinaya zərbə
17 Yanvar 2020 14:09 DünyaYunanıstan Berlində keçiriləcək Liviya konfrasına Türkiyəyə görə çağırılmadı.
Bu iddia ilə Almaniyanın "Bild" qəzeti çıxış edib.
Məlumatda bildirilib ki, Almaniya kansleri Angela Merkel konfransa dəvət ediləcək ölkələrin siyahısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tələbi əsasında hazırlayıb.
Qeyd edək ki, bazar günü Berlində keçirilməsi nəzərdə tutulan Liviya konfransına Türkiyədən fərqli olaraq, Yunanıstan dəvət edilməyib. Yunanıstan isə buna etirazını bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31