Ərəb ölkəsində 2 erməni nazir təyin olunacaq
Ərəb ölkəsində 2 erməni nazir təyin olunacaq
17 Yanvar 2020 12:12 DünyaLivanda yeni hökumətin formalaşması üçün danışıqlar başlayıb.
Çoxsaylı dini və milli icmaların kvota əsasında dövlət idarəçilyinə cəlb olunduğu ölkədə ermənilərə də nazir postları veriləcək. Belə ki, "Daşnaksütyun" partiyası yeni hökumətdə turizm və mədəniyyət nazirini və informasiya nazirini öz sıralarından təyin edəcək.
Bundan əvvəl, Livanda turizm və mədəniyyət naziri Avetis Kitanyan? sosial məsələlər naziri Riçard Quyumcyan təmsil olunurdu.
Livanda 2019-cu ilin oktyabrında baş nazir Saad Həriri siyasi böhran fonunda istefa vermişdi.
modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31