İstanbul Hava Limanında bir ilk- "A380" təyyarəsi təcili eniş etdi

İstanbul Hava Limanında bir ilk- "A380" təyyarəsi təcili eniş etdi

Dünyanın ən böyük təyyarələrindən biri olan "Airbus A380" sərnişinlərin narahatlığına görə İstanbul Hava Limanına eniş edib.

Bangkok-Frankfurt reysini həyata keçirən "THAI Hava Yolları"na məxsus "Airbus A380" təyyarəsi 60 yaşlı alman sərnişinin anidən vəziyyətinin pisləşməsi səbəbilə İstanbul Hava Limanında təcili eniş edib.

Təyyarə 05.30-da hava limanına eniş edib və xəstə olan sərnişin təcilli yardımla xəstəxanaya aparılıb. "Airbus A380" təyyarəsinin İstanbul Hava limanından ilk dəfə istifadə etdiyi bildirilir.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31