Medvedyev istefa verdiyi gün 127 milyard xərclədi
Medvedyev istefa verdiyi gün 127 milyard xərclədi
17 Yanvar 2020 10:58 DünyaRusiya hökuməti 10510 "Lider" atom buzqıran gəmisinin inşası üçün 127 milyard rubl ayırıb.
Olaylar.az xəbər verir ki, bununla bağlı sərəncam yanvarın 15-də Rusiyanın keçmiş baş naziri Dmitri Medvedyev tərəfindən istefasından az müddət əvvəl imzalanıb.
Buzqıran gəminin inşası "Rosatom" dövlət şirkəti tərəfindən aparılacaq. Gəminin 2027-ci ilə qədər hazır olması nəzərdə tutulur.
Qeyd edək ki, 10510 "Lider" layihəsi dünyanın ən güclü atom buzqıran gəmisi hesab olunur.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31