17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
17 Yanvar 2020 10:50 DünyaNASA-da təcrübə keçən 17 yaşlı şagird Volf Cukier işinin 3-cü günündə önəmli kəşfə imza atıb.
O yeni planet kəşf edib. Məlumata görə, litsey şagirdi peyk görüntülərini nəzərdən keçirərkən fotolarda qəribə işıq izləri müşahidə edib. Bunun yeni planet ola biləcəyi qənaətinə gələn şagird, NASA-dakı nümayəndələrə məlumat verib.
Araşdırmalardan sonra işığın formalaşmasına səbəb olan cismin planet olduğu müəyyən edilib. Məlumata görə, yeni planet Dünyadan 1300 işıq ili uzaqlıqda yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31