SEPAH 11 ABŞ hərbçisini yaraladı
SEPAH 11 ABŞ hərbçisini yaraladı
17 Yanvar 2020 10:45 Dünyaİranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.
Bu barədə "Defense One" ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb.
"Bu həftə onlar (Yaralılar - red.) kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər".
Cümə axşamı ABŞ-ın İraqdakı komandanlığı bəzi əsgərlərin kəllə-beyin travması ilə bağlı müalicə edildiyini etiraf etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31