Rusiyanın yeni hökumət başçısı təsdiqləndi

Rusiyanın yeni hökumət başçısı təsdiqləndi

Rusiyada yeni Baş nazir təyin olunub.

Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini hökumət başçısı kimi təsdiq edib.

Dumanın 383 deputatı onun lehinə səs verib, 41 deputat bitərəf qalıb.

Qeyd edək ki, ötən gün Dmitri Medvedev istefa verib. Prezident Vladimir Putin onu Təhlükəsizlik Şurasının vitse-prezidenti vəzifəsinə göndərmək istədiyini açıqlayıb. Daha sonra Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib.

Xatırladaq ki, Mixail Mişustin erməni əsillidir.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31