Təyyarəyə 200 diri əqrəb keçirmək istədi
Təyyarəyə 200 diri əqrəb keçirmək istədi
16 Yanvar 2020 14:48 DünyaŞri Lankada Bandaranaike hava limanının əməkdaşları çinli sərnişindən 200 diri əqrəb müsadirə edib.
30 yaşlı şəxs əqrəbləri plastik qablara yığaraq çantada gizlədib.
Lakin gömrük baxışı zamanı əqrəblər aşkar edilib və müsadirə olunub. Həmin şəxs 551 dollar məbləğində cərimələndikdən sonra təyyarəyə buraxılıb.
Onun əqrəblərin zəhərindən istifadə etmək üçün Çinə aparmaq istədiyi məlum olub.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31