Albaniya iki İran diplomatını ölkədən çıxarıb

Albaniya iki İran diplomatını ölkədən çıxarıb

Rəsmi Tirana iki İran diplomatını ölkədən çıxarıb...

Bu barədə Albaniyanın Xarici İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, Albaniya hökuməti İran səfirliyində üçüncü katibdən və səfirliyə bağlı mədəniyyət mərkəzində digər bir diplomatdan "diplomatik səlahiyyətlərinə zidd olan addımlarına görə" ölkəni tərk etmələrini istəyib.

Qeyd edək ki, İranda dəfələrlə terror aktlarını həyata keçirmiş "Xalq Mücahidləri" terror qrupunun mərkəzi qərargahları və sığınacaqları ABŞ-ın vasitəçiliyi ilə altı il öncə İraqdan Albaniyaya köçürülüb. Bundan sonra İranla Albaniya arasında münasibətlərdə gərginliklər başlayıb.

INTERAZTV.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31