Məşhur tennisçilər Avstraliyada yanğından zərərçəkənlərə pul bağışlayıblar
Məşhur tennisçilər Avstraliyada yanğından zərərçəkənlərə pul bağışlayıblar
16 Yanvar 2020 12:11 DünyaMəşhur tennisçilər, isveçrəli Rocer Federer və ispaniyalı Rafael Nadal Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım üçün fonda 172 min dollar bağışlayıblar.
Tennisçilər, həmçinin digər idmançılarla birlikdə Melburnda xeyriyyə tədbiri təşkil ediblər.
Tədbirdə Serena Uilyams, Karolina Voznyatski və Novak Cokoviç kimi tanınmış tennisçilər iştirak ediblər.
R.Nadal tədbirin digər insanların da yanğınlarından zərərçəkənlərə yardım etmələri məsələsində rol oynayacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, yanvar ayında Avstraliyada "Australian Open" turniri keçiriləcək.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31