Kirayənişin ev yiyəsini öldürüb, uzun müddət meyiti ilə YAŞADI

Kirayənişin ev yiyəsini öldürüb, uzun müddət meyiti ilə YAŞADI

Britaniyalı kişi uzun müddət ev yiyəsinin meyiti ilə yaşayıb.

İngiltərədə kirayənişin ev yiyəsini öldürüb, onun imtiyazlarından istifadə etmək üçün meyiti evdə gizlədib.

Hadisə ötən ilin əvvəlində baş verib. Narkotik əleyhinə təşkilat 52 yaşlı Antonetta Donneganın fevralın 1-də itkin düşdüyünü bildirib. Qadının meyiti martın 7-də mənzilində tapılıb.

Polisin dediyinə görə, o, 42 yaşlı Kristian Smit tərəfindən öldürülüb. Qatil narkotik almaq üçün qurbanın bank kartı və telefonundan istifadə edib.

Meyitin qoxusunun evə yayılmasının qarşısını almaq üçün cani yataq otağının qapısını paltarla bağlayıb. Polis pəncərədən mənzilə daxil olaraq, meyiti yataq otağında aşkarlayıb.

Smit etdiyi dələduzluğu etiraf etdi, lakin qadını öldürmədiyini bildirib.

Araşdırma davam edir.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31