Rusiyada məhkəmə binasında atışma olub – Ölən və xəsarət alan var
Rusiyada məhkəmə binasında atışma olub –Ölən və xəsarət alan var
16 Yanvar 2020 11:13 DünyaRusiyada məhkəmə binasında atışma olub.
Bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Kemerovo vilayətində, Novokuznetskdə baş verib.
Hadisə zamanı 2 nəfər - bir qadın və bir kişi xəsarət alıb. "Kişi təcili yardım maşınında ölüb. O, ağır vəziyyətdə idi", - hüquq mühafizə orqanlarından bildirilib.
Qeyd edilir ki, hadisəni törədən şəxs saxlanılıb.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31