Haftar Tripolinin cənubuna raket zərbələri endirdi

Haftar Tripolinin cənubuna raket zərbələri endirdi

Liviya Milli Ordusunun Xəlifə Haftarın komandanlığı altındakı birləşmələri Tripoliyə raket zərbəsi endirib. Hökumətin sözçüsü Məhəmməd Kunununun sözlərinə görə silah-sursat Səlahəddin və Er Ramle bölgələrinə düşüb.

İnterfaksın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin dronları Liviyanın paytaxtı üzərindən uçur.
Xatırladaq ki, bundan əvvəl Moskvada milli razılıq hökuməti və Liviya milli ordusu rəhbərliyinin görüşü olmuşdu. Danışıqlar atəşkəslə əlaqəli idi: PNS rəhbəri Fayez Saraj atəşkəs haqqında son sənədi imzaladı, Haftar isə iki gün düşünmək üçün vaxt götürdü.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31