Putin Medvedevi bu vəzifəyə gətirəcək
PUTİN MEDVEDEVİ BU VƏZİFƏYƏ GƏTİRƏCƏK
15 Yanvar 2020 18:08 DünyaPrezident Vladimir Putin Dmitri Medvedevi Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini vəzifəsinə təyin etməyi planlaşdırır.
Dövlət başçısı bunu Nazirlər Kabineti ilə görüşdə deyib.
Məlumata görə, qısa müddətdə Baş Nazir vəzifəsinə təyinat olacaq. Baş Nazirin kim olacağı hələ məlum deyil.
Putin, həmçinin Medvedevə və komandasına yeni bir hökumət təyin olunana qədər vəzifələrini icra etməyi tapşırıb.
Qeyd edək ki, Baş Nazir Dmitri Medvedev bu gün hökumətin istefaya getdiyini açıqlayıb.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31