Böyük Britaniya parçalana bilər- Şotlandiya müstəqillik tələb edir

Böyük Britaniya parçalana bilər Şotlandiya müstəqillik tələb edir

İngiltərənin Baş naziri Boris Conson müstəqillik referendumu üçün Şotlandiya Regional Rəhbərliyinin Baş naziri Nikola Sturgeon hökuməti tərəfindən verilən sənədi rədd edib. Məktubda "sonrakı referenduma səbəb ola biləcək hər hansı bir tələbi qəbul etmirəm" deyə Conson Şotlandiya baş nazirinə cavab verib.

2014-cü ildə keçirilmiş müstəqillik referendumunu xatırladan Conson bildirib ki, Şotlandiya xalqı həm Böyük Britaniyanın birliyinə hörmət etməyi öhdəsinə götürüb və Böyük Britaniya ilə birgə olmağa qətiyyətlə səs veriblər: "Gəlin, bütün ölkəmizin 2020-ci ildə də inkişaf etməsinə fürsət verək".

Referendum tələbini rədd etdiyini açıqlayan Consona sosial mediada Sturgeonun cavabı özünü çox gözlətməyib: "Mühafizəkarlar Şotlandiyanın qərar vermək hüququndan istifadə etməsindən dəhşətə gəlir. Çünki onlar bilirlər ki, Şotlandiya xalqı fürsət tapanda müstəqillik seçəcəklər".

İngiltərənin Baş nazirini demokratiyadan imtina etməkdə günahlandıran Sturgeon Şotlandiya ətrafında yaradılmağa cəhd edilən mühasirə müstəqillik arzularını heç vaxt unutmayan şotlandlar tərəfindən yarılacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, 2014-cü ildə keçirilən son müstəqillik referendumunda Şotlandiya xalqının 55 faizi İngiltərə ilə birgə qalmağa, 45 faizi isə müstəqillik tələb edib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31