Spikerlər etiraz edərək vəzifələrindən istefa veriblər

Spikerlər etiraz edərək vəzifələrindən istefa veriblər

İranda böhran böyüməkdədir: Spikerlər vəzifələrindən istefa ediblər. İran qüvvələrinin, 8 yanvarda bir kruiz raketi olduğu qənaətinə gələrək, Ukrayna sərnişin təyyarəsini hava hücumundan müdafiə sistemləri ilə vurması nəticəsində yaranan qəzaya etirazlar davam edir.

Etirafdan əvvəl, ölkənin tanınmış ekran simaları, əvvəlcə hadisəni ört-basdır edilməsinə qarşı ölkə daxilindəki son etiraz dalğasına qoşulub.

İngilis Guardian qəzetinin məlumatına görə, İran dövlət televiziyası IRIB-də çalışan üç qadın işlərini tərk etdiklərini açıqlayıb.

"Xalqımızın öldürüldüyünə inanmaq mənim üçün çox çətindir" deyən Kanal 2 televiziyasında ölkənin ən məşhur aparıcılarından biri olan Gelare Cabbari, "Bunu gec fərq etmədiyim üçün məni bağışlayın və 13 yıldır sizə yalan danışdığım üçün məni bağışlayın" deyə öz İnstaqram hesabında yazıb.

sia.az

İranda rejim dəyişəcək və... - Sabiq baş nazirdən etiraz aksiyaları ilə bağlı ŞOK SÖZLƏR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31