Süleymaninin öldürülməsi ilə bağlı SENSASİON DETAL - Qətlinə 7 ay əvvəldən "hə" deyib

Süleymaninin öldürülməsi ilə bağlı SENSASİON DETAL - Qətlinə 7 ay əvvəldən "hə" deyib

ABŞ Prezidenti Donald Tramp Süleymanini öldürməyi çox öncədən planlaşdırıb.

Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

Hindistanın paytaxtı Yeni Delhidə çıxış edən nazir bildirib ki, Tramp Süleymaninin sui-qəsdini 7 ay əvvəldən planlayıb.

Zərif qeyd edib ki, Donald Trampın təklif etdiyi nüvə razılaşmasının nə qədər davam edəcəyindən əmin deyil və ABŞ ilə nüvə razılaşması üçün müzakirə aparmaqda maraqlı deyillər.

Nazir həmçinin vurğulayıb ki, son gərginliklərdən sonra ABŞ-ın İraqdakı qüvvələrini geri çəkmək tələbləri yoxdur.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31