Pakistanda əlverişsiz hava 93 nəfərin ölümünə səbəb olub

Pakistanda əlverişsiz hava 93 nəfərin ölümünə səbəb olub

Pakistanda aramsız yağış və qar uçqunu nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb, daha 53 nəfər isə yaralanıb.

Uçqun və sürüşmə qurbanları daha çox Azad Kəşmir bölgəsində qeydə alınıb. Burada 66 nəfər ölüb. Bəlucistan əyalətində 20 nəfər, Pəncabda 7 nəfər həlak olub.

Pakistan rəsmiləri güclü qar və yağış səbəbindən qurbanların sayının arta biləcəyini ehtimal edirlər. 

Azvision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31