25 yaşlı sevgilisi qadının 5 yaşlı qızına da təcavüz edib, bədənində siqaret söndürdü...

Hindistanda baş verən hadisə insanların haqlı narazılığına səbəb olub. Moderator.az xəbər verir ki, dul qadınla münasibətdə olduğu bildirilən Naqaraj adlı adam qadının beş yaşlı qızına təcavüz edərək bədəninin müxtəlif yerlərində siqaret söndürüb. Hindistanın Karnataka əyalətinin Banqalor şəhərində baş verən hadisə səhəri gün aşkar edilərək polisə şikayət edilib. Naqaraj adlı cinayətkar həbs edilib. Qadının həmin şəxslə isə feyzbuk üzərindən tanış olduğu bildirilir. Qadının oğlan övladı və qızı dövlət tərəfindən qorunmaq üçün himayəyə götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31