Kliçko təcili əməliyyat olundu
Kliçko təcili əməliyyat olundu
14 Yanvar 2020 16:56 DünyaUkraynanın Kiyev şəhərinin meri Vitali Kliçko əməliyyat keçirib. Bu barədə "Strana.ua" xəbər verib.
Los-Ancelesdəki (ABŞ) evinə gedən Kliçko təcili Ukraynanın paytaxtına qayıtmalı olub. Buna səbəb onu narahat edən qulaq ağrısı olub. O, dərhal əməliyyat olunub.
Kliçkonun bütün iş görüşmələrini təxirə saldığı bildirilir. Belə ki, onun hərarəti 40 dərəcəyə yaxındır.
Şəhər merinin xəstəxanadan nə vaxt evə buraxılacağı isə hələ məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31