Atambayevin həbs müddəti uzadıldı
Atambayevin həbs müddəti uzadıldı
14 Yanvar 2020 16:54 DünyaQırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs müddəti uzadılıb.
Məhkəmə sabiq prezidentin daha iki ay, martın 15-dək barmaqlıqlar arxasında qalması barədə qərar verib.
Məhkəmənin növbəti iclası yanvarın 16-da keçiriləcək.
Qeyd edək ki, A.Atambayev ötən ilin avqustunda keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. Əməliyyat zamanı xüsusi təyinatlılarla sabiq prezidentin tərəfdarları arasında atışma baş vermişdi. İki gün davam edən əməliyyat sonunda A.Atambayev təslim olmuşdu.
Xeberoxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31