Generalın ordusu paytaxtın cənubuna toplaşıb - Müharibə hazırlığı

Generalın ordusu paytaxtın cənubuna toplaşıb - Müharibə hazırlığı

Liviyada gərginlik davam edir. General Xəlifə Həftərə tabe olan hərbçilərin hücumları davam etdirmək üçün Tripolinin cənubuna toplaşdığı bildirilir.

Bu barədə Liviya Milli Saziş Hökumətinə bağlı mənbələr məlumat yayıb. Birləşmiş Ərəb Əmirliyinə məxsus zirehli avtomobillərin və topların Həftər hərbçilərinin baş qərargahı olan Terhuneyə aparıldığı bildirilib.

Qeyd edək ki, dünən Moskvada Liviyada qarşı-qarşıya gələn tərəflərin görüşü başlayıb.

Bu gün isə Liviya Milli Ordusunun komandanı, general Həftər sülh sazişi imzalamaqdan imtina edərək Moskvanı tərk edib. Bildirək ki, görüşün yarımçıq kəsilməsinin səbəbi Həftərin ordusunu Tripolidən çıxarmaqdan imtina etməsi olub.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31