Kolorado Universitetinin mütəxəssisləri Günəş sisteminin əsas sirrini açıblar
Kolorado Universitetinin mütəxəssisləri Günəş sisteminin əsas sirrini açıblar
14 Yanvar 2020 15:24 DünyaAlimlər Günəş sisteminin əsas sirrini - qayalı planetləri və qaz nəhənglərini ayıran şərti sərhədlərin sirrini açmağa nail olublar.
AZƏRTAC "EurekAlert"ə istinadən xəbər verir ki, araşdırma Kolorado Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.
Alimlərin fərziyyələrinə görə, əvvəlcə Günəş sistemi ətrafında disk əmələ gətirən bir formada iki hissəyə bölünüb. Merkuri, Venera, Yer və Mars eyni hissədə yerləşib və Yer qrupu planetləri siyahısını təşkil ediblər. Digər hissədə isə nəhəng planetlər meydana gəlib.
Eyni zamanda, alimlər müəyyən ediblər ki, bəzi uçan maddələr Yer qrupu planetlərinin atmosferini formalaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31