Neapol metrosunda qatarlar toqquşdu: xəsarət alanlar var - FOTO
Neapol metrosunda qatarlar toqquşdu: xəsarət alanlar var - FOTO
14 Yanvar 2020 14:32 Dünyaİtaliyanın Neapol şəhərində metro qatarları toqquşub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. İki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qəza şəhərin şimalında, metropolitenin yerüstü hissəsində baş verib. İnsidentdə 2 qatar iştirak edib, onlardan birində sərnişinlər olmayıb.
Hazırda qəza ilə bağlı araşdırma aparılır.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31