Putinlə Buşun gizli görüntüləri ortaya çıxdı - VİDEO

Putinlə Buşun gizli görüntüləri ortaya çıxdı - VİDEO

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ-ın sabiq prezidenti Corc Buşun maraqlı görüntüləri ortaya çıxıb.

Kremlin Mətbuatla Əlaqələr Departamenti prezidentlərin 2008-ci ildə rəqs etdiyi görüntüləri paylaşıb.

Videoda 6 aprel 2008-ci ildə Soçidə Buşun şərəfinə verilən ziyafətdə prezidentlərin rus rəqqaslarla birgə "Madam Madam" mahnısının sədaları altında rəqs etdiyi əks olunub.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyasının ilk dövlət başçısı Boris Yeltsin olub. Yeltsinin imzaladığı qərarla Putin 1999-2000-ci illərdə Rusiyaya baş nazir təyin olunub. 2000-ci ildə isə prezident vəzifəsini icra etməyə başlayan Putinin bu postda 20-ci ili münasibətilə bir çox arxiv görüntüləri Kreml tərəfindən ilk dəfə yayımlanıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31