Qar uçqunu 16 nəfərin həyatına son qoydu: İtkin düşənlər var
Qar uçqunu 16 nəfərin həyatına son qoydu: İtkin düşənlər var
14 Yanvar 2020 12:50 DünyaKəşmirin Pakistanın nəzarətində olan hissəsində qar uçqunu nəticəsində azı 16 nəfər həlak olub.
Xəbəri Çinin "Sinxua" agentliyi yayıb.
Müzəffərabad şəhərinin rəhbəri İmtiaz Əhməd daha 10 nəfərin itkin düşdüyünü söyləyib. Həlak olan və itkin düşənlər arasında məktəblilər də var.
Şəhər rəsmisi qar uçqunu, torpaq sürüşməsi və leysan yağışları nəticəsində bina və həyət evlərinə ciddi ziyan dəydiyini bildirib.
Qeyd edək ki, təkcə ötən gün ölkəyə yağan güclü yağış və qar nəticəsində 26 nəfər həyatını itirib.
pia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31