Təhlükəli virus bölgəyə qayıdır: 54 min can aldı

Təhlükəli virus bölgəyə qayıdır: 54 min can aldı

Macarıstanda "quş qripi" (H5N8) virusu səbəbindən 53500 hind toyuğu tələf edilib.

Bu barədə Macarıstan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Aparılan araşdırmalarda Macarıstan-Slovakiya sərhədlərində yerləşən Aks bölgəsində "quş qripi" virusuna rast gəlindiyi vurğulanıb.

Virusun yayılmasının qarşısını almaq üçün müxtəlif profilaktik tədbirlər görülür. Bu səbəbdən virusun təsbit edildiyi Aksda 54 minə yaxın hind toyğu tələf edilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31