Haftar bir gün vaxt istədi və Moskvadan “qaçdı”

Haftar bir gün vaxt istədi və Moskvadan “qaçdı”

Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftar atəşkəs haqqında müqaviləni imzalamadan Moskvanı tərk edib.

Bu məlumatı "RİA Novosti" agentliyi öz mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, ötən gün Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac və Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Moskvaya səfər edərək, görüş keçirib. Rusiya və Türkiyənin vasitəçiliyi və iştirakı ilə baş tutan görüşün sonunda tərəflərə atəşkəs haqqında müqaviləni imzalamaq təklif edilsə də, Haftar bir gün vaxt istəmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31